"İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə həyata keçirilən işlərdə iştirak edirlər" - Ceyhun Bayramov

17:12 02.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə enerji, infrastruktur və digər sahələrdə həyata keçirilən işlərdə iştirak edirlər.

Hafta.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Azərbaycan-İtaliya: Çoxölçülü strateji tərəfdaşlığa aparan yol” adlı konfransda çıxışı zamanı söyləyib.

“Son illərdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq daim inkişaf edir. Bir neçə ildir ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanda 113 İtaliya şirkəti fəaliyyət göstərir. İtaliya ölkəmizin iqtisadiyyatına 770 milyon dollar, Azərbaycan isə İtaliyaya 1,7 milyard dollar dəyərində sərmayə qoyub”, - deyə nazir vurğulayıb.